Tbilisi və bölgələrdə zədələnmiş avtomobillərin instalasiyalar DİN-in kampaniyası imiş
Tbilisi və bölgələrdə zədələnmiş avtomobillərin instalasiyalar DİN-in kampaniyası imiş

Daxili İşlər Nazirliyi yol təhlükəsizliyi baxımından mövcud durumun analizini, 2019-cu ilin sonuna qədər həyata keçirilmiş fəaliyyət planını və “daha artıq həyat üçün” sosial kampaniyasını təqdim etdi.

Təqdim olunan analizə əsasən, yalnız 2018-ci ildə yol qəzası zamanı 459 insan həlak oldu. Son 10 il ərzində isə, Gürcüstanda qəza nəticəsində 6 608 insan həlak olubdur və 85 946 insan xəsarət alıbdır.

“Daxili İşlər Nazirliyi bu çağırışla mübarizə məqsədi ilə, 2018-ci ildə milli video-nəzarət sisteminin tam yeniləşdirməsinə başladı. Əgər 2017-ci ilin sonuna qədər ölkədə 170 kamera fəaliyyət göstərirdisə, hazırda bu say 2600-dən artıqdır.

Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən qeyd olunan tədbirlər müəyyən pozitiv nəticələrlə qeyd olundu və 2018-ci ildə vəfat edən insanların saı 11 faizə qədər azaldı”, – DİN-də bəyan edirlər.

Təqdimatda qeyd olunduğu kimi, Daxili İşlər Nazirliyi yol təhlükəsizliyi baxımından intensiv fəallığı gələcəkdə də planlaşdırır. İdarə tərəfindən, 2019-cu ilin sonuna qədər, bütün Gürcüstan miqyası ilə 5000-ə qədər kamera işə düşəcək.

DİN-in məlumatına görə, Tbilisi və bölgələrdə zədələnmiş avtomobillərin isntalasiyası quraşdırıldı, banerlər əmələ gəldi və müvafiq video çarxlar hazırlandı. Həmçinin “formore.life” vebsəhifəsi və feysbuk səhifəsi yaradıldı.

Tədbiri Daxili İşlər naziri, Giorgi Qaxariya açdı.