Tbilisi və bölgələrdə müxtəlif adlı süd məhsulları nümunələrində bitki yağı tərkibi aşkar edildi
Tbilisi və bölgələrdə müxtəlif adlı süd məhsulları nümunələrində bitki yağı tərkibi aşkar edildi

Süd və süd məhsullarında bitki yağının aşkar edilməsi məqsədi ilə, Milli Qida Agentliyinin mütəxəssislər Tbilisi və bölgələrin realizasiya obyektlərindən müxtəlif adlı süd məhsullarının nümunələrini götürdülər və Kənd Təsərrüfatı Dövlət Laboratoriyasında yoxladılar.

Milli Qida Agentliyinin məlumatına görə, 96 nümunənin laboratoriya yoxlaması nəticəsində, bitki yağı tərkibi sulqunu, İmereti pendiri, zavod pendiri, xama, kəsmik pendir və qatığın səkkiz nümunəsində aşkar edildi.

Biznesoperatorlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirildi, onlar cərimələndilər və produktun satışdan çıxarılması həvalə olundu.

2015-ci ildən qüvvəyə minən süd və süd məhsulları barəsində texniki reqlamentlə, yolverilməszdir ki, süd məhsulları (qatıq, xama, kəsmik pendir, pendir, yağ və sair) bitki yağını tərkib etsin.