Tbilisi Universitet Klinikasında, Kritik Xəstə Baxım Bölməsində, koronavirusdan altı nəfər müalicə görür
Tbilisi Universitet Klinikasında, Kritik Xəstə Baxım Bölməsində, koronavirusdan altı nəfər müalicə görür

Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratianinin bəyanatına görə, klinika bu gün Luqar laboratoriyasından cavabları almayıb.

Klinikada müalicə görən pasiyentlərə gəlincə isə, Levan Ratiani deyir ki, hazırda klinikanın Kritik Xəstə Baxım Bölməsində altı nəfər var.

“Hazırda klinikamızda 64 pasiyent var, onlardan 52-si infeksiaya yoluxub. Kritik Xəstə Baxım Bölməsində altı nəfər var. Digər pasiyentlər isə, terapiya bölməsindədirlər. 13 yaşlı pasiyentimizin vəziyyəti normaldır və bu bizi çox sevindirir. Bu gün Luqar laboratoriyasından başqa pasiyentlərin test cavblarını da gözləyirik”, – dedi Levan Ratiani.