Tbilisi, Saquramo və Kvarelidə İlia Çavçavadzenin 180 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçiriləcək
Tbilisi, Saquramo və Kvarelidə İlia Çavçavadzenin 180 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçiriləcək

“İlia – bizim müasirimizdir” – bu sloqanla İlia Çavçavadzenin 180 illik yubileyi ilə bağlı, Gürcüstan iqtidarının təşkilatçılığı ilə, Tbilisidə, Saquramoda və Kvarelidə, müxtəlif tədbirlər keçiriləcək.

İqtidar administrasiyasının mətbuat xidmətinin məlumatına görə, yubiley tədbirləri Saquramoda, İlia Çavçavadzenin ev-muzeyində bugün saat 11:00-dan, “İlia – bizim müasirimizdir” adlı ədəbiyyat müsabiqəsi ilə başlayacaq;

Quramişvilinin şərab anbarında Kənd Təsərrüfatı naziri Levan Davitaşvilinin tələbələrlə görüşü və “İlia və şərabçılıq” adlı mühazirəsi keçiriləcək;

Uşaq-əyləncə qüşələri hazırlanacaq; Film göstəriləcək və müxtlif sərgilər keçiriləcək.

İlia Çavçavadzenin 180 illik yubileyi ilə bağlı, noyabrın 8-də Tbilisidən Saquramoya və oradan geri Tbilisiyə pulsuz avtobuslar gedib-gələcək. Avtobuslar güllər meydanından saat 13:00-dən, saat 18:30-a qədər çıxacaqlar.

Bugün saat 14:00-da Gürcüstan parlamentinin milli kitabxanasında “İlia Çavçavadze – 180” adlı sərgi açılacaq.

Saat 10:00-da Kvarelidə, İlia Çavçavadze adına Dövlət Muzeyində müxtəlif tədbirlər keçiriləcək və ən müvəffəqiyyətli şagirdlərin və müəllimlərin mükafatlandırma mərasimi keçiriləcək.

Noyabrın 8-dən 20-nə qədər Tbilisi Klassika Gimnaziyasında İlia Çavçavadze haqqında mühazirə-disskusiyyalar keçirirləcək.

Noyabrın 9-da, saat, 19:00-da, Tbilisinin  Nodar Dumbadze adına yeni yetmələrin professiyonal teatrında “Yolçunun məktubları” adlı spektakl keçiriləcək.

Noyabrın 10-da isə, 19:00-da, Tbilisinin Şota Rustaveli adına professiyonal dövlət dram teatrında “İnsan-kişidir?!” adlı tamaşa qoyulacaq.