Tbilisi Sakrebulosunda 50-dən Gürcü Arzusu 28  mandatı, Milli Hərəkat 13 mandatı, digər 8-ni başqa  partiyalar alır və ikinci tur bir dairədə keçiriləcək
Tbilisi Sakrebulosunda 50-dən Gürcü Arzusu 28 mandatı, Milli Hərəkat 13 mandatı, digər 8-ni başqa partiyalar alır və ikinci tur bir dairədə keçiriləcək

MSK-nın dərc etdiyi məlumatlara görə, yerli özünüidarəetmə seçkiləri üzrə Tbilisi miqyasında bütün seçki məntəqələri sayılıb.

621 seçki məntəqəsinin məlumatlarını saydıqdan sonra, seçkilərin ilkin nəticələrinə görə, altı siyasi partiya 2,5 faizlik baryeri keçdi və Tbilisi Sakrebulosuna keçə bildi. Bunlar: “Vahid Milli Hərəkat” 107 097 səs (28,09%), “Lelo” – 13 470 (3,53%) “Qaxariya – Gürcüstan naminə” – 33 434 (8,77%), “Gürcü Arzusu – Demokratik Gürcüstan” 154 314 ( 40.47%), “Zurab Qirçi Caparidze: Qirçi – daha çox azadlıq” – 12 335 (3.24%) və “Ana Dolidze – xalq üçün” 9 823 səs (2.58%).

Sakrebuloda qazanılan yerlərə gəlincə, bu vaxtın məlumatlarına görə, “Gürcü Arzusu” 28 yer (19 proporsional və doqquz majoritar), “Milli Hərəkat” 13 yer (proporsional), “Qaxariya – Gürcüstan naminə” dörd mandat (proporsional), “Lelo” iki mandat (proporsional), “Zurab Qirçi Caparidze bir mandat (proporsional) və “Ana Dolidze – xalq üçün” bir mandat (proporsional) alacaq.

İlkin nəticələrə görə, Tbilisinin 10 rayonundan doqquzunda majoritar seçkilərdə hakim partiyanın namizədləri qalib gəlib. Hazırda heç bir namizədin 40 faizlik həddi keçə bilmədiyi yeganə rayon Saburtalodur.