Tbilisi Qrand Slemində bu gün on gürcü dzyudoçu yarışacaq
Tbilisi Qrand Slemində bu gün on gürcü dzyudoçu yarışacaq

Tbilisidə keçirilən dzyudo üzrə Qrand Slemdə bu gün kişilərdə üç, qadınlarda isə, iki çəki kateqorisyasında medal oynadılacaq. Gürcüstan yığması şərəfini doqquz kişi və bir qadın dzyudoçu qoruyacaq.

90 kq. – Girogi Paunaşvili, Giorgi Kurdiani.

100 kq. – İliya Sulamanidze, Onise Saneblidze, Giorgi Çikovani, Giorgi Beriaşvili.

+100 კგ. – Gela Zaalişvili, Onise Buğadze, Saba İnaneişvili. +78 – Sopio Somxişvili.

Xatırladaq ki, turnirdə iki yarış günündən Gürcüstan yığmasının hesabında br qızıl, iki gümüş və üç bürünc medal var. İlkin görüşlər saat 10:30-da başladı və final blok saat 17:00-da başlayacaq.