Tbilisi Meriyası üçün ayrılan 30 milyon lari yolların reabilitasiyasına və idman-sağlıq layihələrinə xərclənəcək
Tbilisi Meriyası üçün ayrılan 30 milyon lari yolların reabilitasiyasına və idman-sağlıq layihələrinə xərclənəcək

Tbilisi meriyasının maliyyələşdirilməsi 30 milyon lari ilə artacaq.

Bu barədə bəyanatı Maliyyə Naziri Mamuka Baxtadze verdi.

Qeyd olunan məbləğ paytaxtda yollarının və avtomobillərin reabilitasiyasına  və idman-sağlıq obyektlərinin layihələrinə xərclənəcək.

Nazirin dediyinə görə, layihənin hazırlanmasından sonra, idman obyektlərinin inşaatı başlayacaq. Gələn ildən isə, regionlarda həyata keçiriləcək layihələr üçün məbləğ ayrılacaq.

Qeyd olunan məsələ bugün baş nazir Giorgi Kvirikaşvilinin, Maliyyə naziri Mamuka Baxtadzenin və paytaxt meri Kaxa Kaladzenin görüşü zaman müzakirə olundu.