Tbilisi Meriyası "City Parkla" müqaviləsini aprelin 10-dan ləğv edir
Tbilisi Meriyası "City Parkla" müqaviləsini aprelin 10-dan ləğv edir

Tbilisi meriyası “City Park” şirkəti ilə qoyulan müqaviləyi aprelin 10-dan ləğv edir.

Bu barədə bəyanatı Tbilisinin meri Kaxa Kaladze bugün keçirdiyi brifinqdə verdi.

Qeyd olunan qərarın səbəbi olaraq, paytaxtın meri şirkət tərəfindən məsuliyyətsizliyi və səlahiyyətlərinin düzgün şəkildə həyata keçirilməməsini adlandırdı.

Onun dediyinə görə, bir neçə dəfə xəbərdarlığın verilməsinə rəğmən, şirkət ona həvalə olunan öhdəlikləri gərəkdiyi şəkildə yerinə yetirmir və vətəndaşlar üçün parkinq sistemində problemlər yaradır.

“Bundan irəli gələrək, qərar verdik ki, 2018-ci ilin aprel ayından “City Park” şirkəti ilə qoyulan müqaviləyi dayandıraq” – dedi Kaxa Kaladze.

Onun dediyinə görə, müqavilənin ləğv olunmasından sonra, “City Park”-ın funksiyalarını yeni sistem formalaşana qədər, Tbilisi nəqliyyat  şirkəti yerinə yetirəcək.