"Tbilisi Mall"-un marketinq xidmətinin rəhbəri - binada təxminən 1 700 insan işləyir, məhdudiyyətlərə görə əməkdaşlar maşınla hərəkət edirlər
"Tbilisi Mall"-un marketinq xidmətinin rəhbəri - binada təxminən 1 700 insan işləyir, məhdudiyyətlərə görə əməkdaşlar maşınla hərəkət edirlər

Binada təxminən 1 700 insan işləyir, məhdudiyyətlərə görə əməkdaşlar maşınla hərəkət edirlər, müvafiq olaraq tıxac buna görə əmələ gəldi ki, əməkdaşların axını daxil olurdu, – bu barədə “Tbilisi Mall”-un marketinq xidmətinin rəhbəri, Nata Qoqoladze bəyan etdi.

Bununla yanaşı, onun dediyinə görə, saat 08:00-da mağazalar açılanda sıralar olmayıb.

“Sosial şəbəkədə yayılan “Tbilisi Mall”-un ərazəsındə çəkilən videoya əks səda vermək istəyirəm. Bu dəqiq saat 07:00-da idi. Bu vaxtı molun əməkdaşları, mühafizə xidməti əməkdaşları, təmizləmə xidməti, konsultantlar işə gəlirdilər. Binada təxminən 1 700 insan işləyir, məhdudiyyətlərə görə əməkdaşlar maşınla hərəkət edirlər, çünki munisipal nəqliyyat işləmir, müvafiq olaraq tıxac buna görə əmələ gəldi ki, əməkdaşların axını daxil oldurdu. Biz istifadəçiləri saat 08:00-dan qəbul edirik. Müvafiq olaraq saat 07:30-dan artıq hər şey tənzimlənmişdi və saat 08:00-da mağazalar açılanda sıralar olmayıb”, – Nata Qoqoladze bəyan etdi.

“Tbilisi Mall” ərazisində səhər əngəlli hərəkət var idi, ticarət obyektlərində növbələrdir.

Xatırladaq ki, idarələrarası koordinasiya şurasının qərarına müvafiq olaraq, bu gündən ticarət obyektlərinə qoyulan məhdudiyyətlər 2 yanvar daxil olmaqla aradan qaldırlır.