Tbilisi küçələrində yeni maşın saxlamaq qaydaları

Oktyabr  ayında Tbilisinin daha altı  küçəsində maşın saxlamaq qaydaları dəyişdiriləcək.   Orbeliani meydanı və onun ətrafındakı küçələrdə zonal parkinq  tətbiq edilməlidir. Bu da deməkdir ki, göstərilən ərazilərdə nəqliyyat vasitəsinin 15 dəqiqədən artıq saxlanılması  halında sürücü məbləğ ödəməli olacaq. Yeni sistem vaxtilə tıxacları və nəqliyyat hərəkətini rahatlaşdırmaq üçün tərtib edilmişdi. Orbeliani  meydanından sonra böyük ehtimalla zonal parkinq modeli saburtalo rayonunda da fəaliyyət göstərəcək.

Şərh yaz