"Tbilisi İpək Yolu Forumu" keçirilir
"Tbilisi İpək Yolu Forumu" keçirilir

Gürcüstanın baş naziri Giorgi Qaxarianın patronajı ilə sentyabrın 22-23-də “Tbilisi İpək Yolu Forumu” keçiriləcək.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, forum bizneslər və iqtidarlar arasında yüksək səviyyəli dialoq və həmçinin, dövlət, beynəlxalq təşkilatlar və biznes nümayəndələri arasında iki tərəfli görüşlər üçün ən yaxşı platformadır.

Forumun məqsədi İpək Yolunun təşəbbüskarı olan ölkələr, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün diskussiya platformasının yaradılmasıdır, harda beynəlxalq və regional ticarət sahəsində əməkdaşlıq və perspektivlər müzakirə olunacaq.

Forumda 60-dan artıq ölkənin 2000-dən artıq deleqatı, onların arasında 30-dan artıq rəsmi nümayəndə heyyəti və 400-ə qədər xarici özəl sektor nümayəndəsi iştirak edəcəklər.

Forumda Özbəkistan və Ermənistanın vitse-premyerləri, digər ölkələrin ticarət, energetika və nəqliyyat nazirləri, diplomatik korpusun və beynəlxalq təşklatların nümayəndələri, beynəlxalq ekspertlər və jurnalistlər iştirak edəcəklər.

Forum saat 10:00-da, Tbilsinin Zakaria Paliaşvili adına Opera və Balet Teatrında baş nazirin çıxışı ilə açıldı.