Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusdan daha iki pasiyent sağaldı
Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusdan daha iki pasiyent sağaldı

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, səhərdən koronavirusun təsdiq olunmuş halları artmayıb və ölkə miqyası ilə yenə də 208 pasiyenti təşkil edir.

Elə onun dediyinə görə, Tbilisi İnfeksiya Xəstəxanasında koronavirusdan daha iki pasiyent sağaldı.

Ümumilikdə, İnfeksiya Xəstəxanasında koronavirusdan 37, ölkə miqyası ilə 50 pasiyent müalicə olundu.

Ezuqbaiya bəyan edir ki, bu gün edilən yeddi testin yeddisinə də mənfi cavab gəldi.