Tbilisi Dövlət Universitetində Novruz bayramı şənliyi keçirildi.

15 mart tarixində Tbilisi Dövlət Universitetinin birinci korpusunun konsert zalında Novruz bayramına həsr olunmuş tedbir keçirildi. Tədbirin məqsədi fərqli mədəniyyətlərin bir coğrafi məkanda görüşməsi idi. Tədbirdə Erzurum Atatürk Universiteti və Tbilisi Dövlət Universitetlərinin folklor rəqs ansamblları ənənəvi xalq rəqslərini nümayiş etdirdilər. Novruz programında əsl novruz abu-havası hiss olunurdu, milli geyimdə və əllərində səməni xonçasi olan qızlar qonaqları gülər üzlə qarşılayırdılar. Tədbirdə həmçinin Novruz bayraminin əhəmiyyəti də qeyd olundu. Novruz Bayramına həsr olunmuş Tədbir Yunus Emre Universitetinin təşkilatçılığı ilə keçirildi.