"Tamiflu" preparatı bütün ölkə miqyasında əlçatarlıdır və pulsuz paylanacaq
"Tamiflu" preparatı bütün ölkə miqyasında əlçatarlıdır və pulsuz paylanacaq

Səhiyyə naziri David Sergeenko bəyan edir ki, “Tamiflu” preparatı bütün ölkə miqyasında əlçatarlıdır və pulsuz paylanacaq. Nazirin dediyinə görə, preparatın paylanılması ilə əlaqədar yeni protokol işə düşüb.

İctimai səhiyyə mərkəzlərində preparatı bu gün saat 12:00-a qədər bütün qruplara paylanacaq. 12-ə qədər ona görə ki, bu vaxt üçün bütün bölgələrdə distribusiya başa çatacaq və artıq tənzimlənmiş olacaq.

Həmçinin üçüncü istiqamət əlavə olunacaq – hələlik yalnız Tbilisidə, 24 saatlıq rejimdə işləyən beş ailə tibb mərkəzində.

Gürcüstana “Tamuflu” preparatının yeni ehtiyyatını – 13 min qutunu dünən gətirdilər.