Tamaraşvili küçəsində baş verən yanğın nəticəsində, bir nəfər həlak olub [Video]

Tbilisidə, Tamaraşvili küçəsində yanğın baş verib.

Yanğın yaşayış binasının bir mənzilində çıxıb.

Fövqəladə Hallar Xidmətinin Birinci Kanala verdiyi məlumata görə, yanğın lokalizasiya edilib və yayılma təhlükəsi də dayandırılıb.

Hadisə yerində dörd yanğın söndürən ekipaj işləyirdi.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hadisə yerində kişi cəsədi tapılıb.