Tamar Qabuniya - düşünürəm, üçüncü-dördüncü kvartalda vaksinasiya ümumxalq olacaq
Tamar Qabuniya - düşünürəm, üçüncü-dördüncü kvartalda vaksinasiya ümumxalq olacaq

Gürcüstan Səhiyyə naziri müavini, Tamar Qabuniyanın bəyan etdiyinə görə, əhəmiyyətlidir ki, vaksinasiya üçün irəlcədən qeydiyyat portalında vətəndaşların fəallığı yüksəkdir.

Elə onun dediyinə görə, bu onlara yardım edir ki, qeydiyyatdan keçənlərin sayına əsasən müəyyən etsinlər, vətəndaşlar üçün hansı vaksin daha artıq qəbul olunandır.

“Çox əhəmiyyətlidir ki, vaksinasiya üçün irəlcədən qeydiyyat portalında vətəndaşların fəallığı yüksəkdir. Portalda onlar öz seçimlərini qeyd edə bilərlər. Bu bizə yardım edir ki, qeydiyyatdan keçənlərin sayına əsasən müəyyən edək, vətəndaşlar üçün hansı vaksin daha artıq qəbul olunandır”, – Qabuniya bəyan etdi.

Vaksinasiya ilə bağlı söhbət edərkən Qabuniya bıyan etdi ki, istehsalçılarla müxtəlif vaksinin alınması ilə bağlı danışıqlar aparılır, o cümlədən “astrazeneka” və “fayzerlə” münasibətdə.

Bununla yanaşı, Qabuniyanın dediyinə görə, üçüncü-dördüncü kvartalda ölkədə koronavirusa qarşı kütləvi vaksinasiya başlamalıdır.

“Sözsüz ki, cari proseslərdə “astrazeneka” vaksinin alınması gözləntimiz var və bildiyiniz kimi “sinofarm” tezliklə əlçatarlı olacaq. “Fayzer” vaksininə gəldikdə, geniş istifadəsi barəsində ikinci kvartalın sonundan danışa bilərik. Üçüncü-dördüncü kvartalda ölkədə koronavirusa qarşı kütləvi vaksinasiya başlamalıdır. Real olaraq, tezliklə konkret cavablarımız olacaq “fayzerin” əlavə dozaları ilə bağlı, həmçinin “novaks” da bizim üçün perspektivli vaksinlərdən biridir. “Fayzerin” əlavə dozaları ilə bağlı konkret cavablarımız olduqdan sonra, ictimaiyyət məlumatlandırlacaq. İşlər çox intensivdir, buna görə, düşünürəm kifayət qədər yaxşı perspektivizmiz var, sadəcə olaraq istehsalçılardan müəyyən qərarları gözləyək. Artı yekun olaraq çatdırma cədvəlimiz olduqdan sonra, ictimaiyyətə məlumat çatdırılacaq”, – Tamar Qabuniya bəyan etdi.