Tamar Jvania - Seçkilərə legitimasiya verən iki milyon seçicinin seçkilərdə iştirak etmə istəyini itirməməliyik
Tamar Jvania - Seçkilərə legitimasiya verən iki milyon seçicinin seçkilərdə iştirak etmə istəyini itirməməliyik

Bu seçkilərə bu qədər legitimasiya verən iki milyon seçicinin, seçkilərdə iştirak etmək istəyini itirməməliyik, – bu barədə bəyanatı Mərkəzi Seçki Komisiyasının sədri Tamar Jvania diplomatik missiyalarla və müşahidəçi təşkilatlarla görüş zamanı verdi.

Onun dediyinə görə, Gürcüstanın parlament seçkilərində böyük fəallıq var idi, hansı ki, pandemiya şərtlərində digər ölkələrdə yox idi.

Jvanianın bəyanatına görə, seçici tərəfindən edilən seçimə hərkəs hörmət etməlidir.

“Çox önəmlidir ki, seçki prosesinə davam edək, hərkəs öz hüquqi çərçivəsində qalsın və biz, Mərkəzi Seçki Komisiyası olaraq, əlimizdən gələni edəcəyik ki, seçki prosesini sonuna qədər aparaq, seçkilərin nəticələrini korrektləşdirək və rəsmiləşdirək. Əsas olan odur ki, seçkilərə legitimasiya verən bu qədər seçicinin, seçimini boşa sayaraq, seçicilərin seçkilərdə iştirak etmək istəyini itirməməliyik. Parlament seçkilərində böyük fəallıq var idi, hansı ki, pandemiya şərtlərində digər ölkələrdəki seçkilərdə bu baxımdan problemlər oldu. Vətəndaşlarımız seçkilərdə öz mövqelərini bildirdilər və hərkəs birbirimizin seçiminə hörmət etməliyik” – dedi Tamar Jvania.