Tamar Jvania bəyan edir ki, Marneulinin 67-ci seçki məntəqəsindən qəbul edilən aktla bağlı materialların öyrənilməsi başlayıb
Tamar Jvania bəyan edir ki, Marneulinin 67-ci seçki məntəqəsindən qəbul edilən aktla bağlı materialların öyrənilməsi başlayıb

Pozuntularla bağlı bəzən doğru məlumat yayılır, ancaq sosiyal şəbəkə və medyada məlumatların əksəriyyəti dezinformasiya məqsədi ilə yayılır, – bu barədə bəyanatı Mərkəzi Seçki Komisiyasının sədri Tamar Jvania Birinci Kanalın “Azad baxış” verlişində verdi.

“Səhvlə tərtib edilən akt olaraq, məşhur jurnalistin aktı da hesab edilirdi, hansında, onun dediyinə görə, o səslərini itirmişdi. Nəticədə yeni akt hazırlanmalı oldu. Birdə o məsələ var ki, bu insanlar anlamaq istəmirlər ki, majoritar hissədə, eyni seçki məntəqəsindən daha az seçici iştirak edir və seçkilərdə, majoritar hissənin aktında, əlbəttə ki, seçki məntəqəsində qeydiyyatdan keçən seçicilərdən daha az insanın səsi olur” – dedi Tamar Jvania.

Marneulinin 67-ci məntəqəsi ilə bağlı Tamar Jvania bəyan etdi ki, bu məsələyi kimsə şikayət etməyib, ancaq MSK bu haqda sosiyal şəbəkədən öyrəndi və onu öz təşəbbüsü ilə müzakirə edir.

“Məntəqədən verilən akt və MSK-ya çatdırılan akt arasında həqiqətən də böyük fərq var idi. Bu məsələyi Marneulinin seçki komisiyası da yoxladı və təsdiqlədi ki, seçkiyə qoşulan tərəflərə verilən ilk akt doğru idi, ancaq daha sonra MSK-ya dəyişdirilmiş halda göndərildi” – dedi Tamar Jvaniya.

MSK-nın sədri qeyd etdi ki, məsələ müzakirə olunur və aktın göstəricilərini kimin dəyişdirdiyi aşkarlanacaq.

“Bu məsələyi müvafiq orqanlar öyrənirlər. MSK-ya dəyişdirilmiş aktın göndərilməsi artıq cinayət məcəlləsi ranqına daxildir” – dedi Tamar Jvania.