Tamar Çuqoşvili - Vano Merabişvili məsuliyyətə ədalətli cəlb olunub və əminəm ki, azad olunması barədə söhbət olamayacaq
Tamar Çuqoşvili - Vano Merabişvili məsuliyyətə ədalətli cəlb olunub və əminəm ki, azad olunması barədə söhbət olamayacaq

Vano Merabişvili məsuliyyətə tam legitimliklə və ədalətli cəlb olunub, buna görə də əminəm ki, azad olunması barədə söhbət olamayacaq, – Gürcüstan Parlamentinin vitse-spikeri Tamar Çuqoşvili,  Parlament Assambleyasının üzvü Erik Krosun Avropa Şurasında Vano Merabişvilinin məhbusluğu məsələsi ilə bağlı sualına bu cür cavab verdi.

“Strasburqun qərarı əsas ittiham və yaxalanma əsaslarına aid deyil. Məhbusluq dövründən sadəcə bir epizod var, Avropa Məhkəməsi müəyyən etdi ki, qanun pozuntusu var. Bu konkret bir epizoda hökumət Nazirlə Komitəsinin qərarına tabe oldu.

Əminəm ki, azad etmə barədə heç bir söhbət olmayacaq və ola da bilməz. Vano Merabişvili məsuliyyətə tam legitimliklə və ədalətli cəlb olunub, buna görə də əminəm ki, azad olunması barədə söhbət olamayacaq”,- Tamar Çuqoşvili bəyan etdi.