Tamar Çuqoşvili - Rusiya Avropa İttifaqında qalmalıdır ki, Strasburq məhkəməsini ona qarşı mexanizm olaraq, istifadə edə bilək
Tamar Çuqoşvili - Rusiya Avropa İttifaqında qalmalıdır ki, Strasburq məhkəməsini ona qarşı mexanizm olaraq, istifadə edə bilək

Gürcüstan parlamentinin sədrinin birinci müavini və Strasburqda Gürcüstanın parlament nümayəndə heyyətinin rəhbəri bəyan edir ki, son zamanlarda Avropa Şurasının Parlament Assambleyası və nazirlər komitəsi arasındaki münasibətlər olduqca gərginləşdi və parlament assambleyasının üzvlərini narahat edən proseslər baş verir.

“Rusiyanın Avropa İttifaqından çıxmasını kimsə istəmir, çünki elə olsa, Strasburq Məhkəməsinin səlahiyyətləri Rusiyaya təsir edə bilməyəcək. Rusiya Avropa İttifaqında qalmalıdır ki, Strasburq məhkəməsini ona qarşı mexanizm olaraq, istifadə edə bilək.

Ancaq Rusiya öz öhdəliklərini yerinə yetirməlidir və üzvlük ödənişini də ödəməlidir. Əgər Rusiya belə pozuntulara davam etsə, bir gün onun ittifaqdan çıxardılması məsələsi də qaldırılmalı olacaq, ancaq bizim əsas və birgə məqsədimiz odur ki, Rusiyayı öz öhdəliklərini yerinə yetirməyə vadar edək”, –  dedi Tamar Çuqoşvili.