Tamar Çuqoşvili - Bizim üçün NATO tərkibinə ərazi bütövlüyümüzü qoruyaraq daxil olmaq məqbuldur və bu mövzu ilə bağlı spekulyasiyalar yersizdir
Tamar Çuqoşvili - Bizim üçün NATO tərkibinə ərazi bütövlüyümüzü qoruyaraq daxil olmaq məqbuldur və bu mövzu ilə bağlı spekulyasiyalar yersizdir

Dünən konfransda aparılan diskussiya NATO-nun Gürcüstana qarşı siyasətinin dəyişəcəyini göstərmir, – bu bəyanatı parlamentin birinci vitse-spikeri Tamar Çuqoşvili verdi.

“Dünən konfransda iştirak edən qeyri-rəsmi və proses haqqında ciddi bilgiləri olmayan şəxslər Gürcüstanın NATO-ya daxil olmasının asan yolları haqqında müzakirə aparırdılar. Düşünmürəm ki, bu diskussiya bizim narahatçılığımıza səbəb olsun” – dedi Tamar Çuqoşvili.

Onun dediyinə görə, NATO-nun sabiq baş katibi Anders Foq ღasmussenin dünənki bəyanatı NATO-nun rəsmi səhifəsində belə yerləşdirilməyib.

“O artıq NATO-nun rəsmi nümayəndəsi deyil və sadəcə olaraq, öz fikrini bildirdi. İctimaiyyətə müraciət edirəm ki, narahat olmayın. NATO-nun Gürcüstana qarşı siyasəti dəyişməyib və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir” – dedi birinci vitse spiker.

Şərh yaz