Tamar Çuqoşvilinin rəhbərliyi ilə, Gürcüstan Parlamenti nümayəndə heyəti ABŞ-a səfər edəcək
Tamar Çuqoşvilinin rəhbərliyi ilə, Gürcüstan Parlamenti nümayəndə heyəti ABŞ-a səfər edəcək

Gürcüstan Parlamenti sədrinin birinci müavini, Tamar Çuqoşvilinin rəhbərliyi ilə, Gürcüstan Parlamenti nümayəndə heyəti ABŞ-a səfər edəcək

Səfər çərçivəsində parlament nümayəndə heyəti konqressmenlərlə görüş keçirəcək. ABŞ və Gürcüstan arasında dostluq qrupunun həmsədrləri, Ceri Konoli və Adam Kinzinqer ilə görüş planlaşdırılıb.

IRI-ın prezidenti Den Tvininqen, NED təşkilatının prezidenti Karl Qerşman, IFES-in rəhbərliyi və USAID agentliyinin köməkçisi Brok Birnam ilə görüşlər keçiriləcək.

Gürcüstan Parlamentinin üzvləri GMF fondunda keçirilən dəyirmi masanın işində iştirak edəcəklər.

Gürcüstan Parlamenti sədrinin birinci müavini, Tamar Çuqoşvilinin bəyan etdiyinə görə, Gürcüstanın Konqress tərəfindən ikipartiyalı dəstəyi var.

Nümayəndə heyətinin tərkibinə Giorgi Volski, Tamar Xulordava və Elene Xoştariya daxildilər.