Tamar Çuqoşvili - Ədliyyə Şurası hakimlərin müddətsiz təyin edilməsini dayandırmasa, Parlament öz kvotu ilə təyin edilmiş hər beş üzvünü geri çağırmalıdır
Tamar Çuqoşvili - Ədliyyə Şurası hakimlərin müddətsiz təyin edilməsini dayandırmasa, Parlament öz kvotu ilə təyin edilmiş hər beş üzvünü geri çağırmalıdır

Gürcüstan Parlamentinin vitse-spikeri Tamar Çuqoşvili bəyan edir ki, Ədliyyə Şurası hakimlərin müddətsiz təyin edilməsinin dayandırılması barəsində yaxın gələcəkdə bəyanat yaymasa, Parlament öz kvotu ilə təyin edilmiş hər beş üzvünü geri çağırmalıdır.

Tamar Çuqoşvili plenar iclasda bəyan etdiyinə görə, Parlament tərəfindən təyin edilmiş üzvlərsiz Ədliyyə Şurası qərar qəbul edə bilməyəcək.

“Bir yol təklif etmək istəyirəm. Həmkarlarımdan üzr istəmək istəyirəm. Ədliyyə Şurası hakimlərin müddətsiz təyin edilməsinin dayandırılması barəsində yaxın gələcəkdə bəyanat yaymasa, düşünürəm, bu vəziyyətdən çıxış yolu odur ki, Parlament öz kvotu ilə təyin edilmiş hər beş üzvünü geri çağırmalıdır. Parlament tərəfindən təyin edilmiş üzvlərsiz Ədliyyə Şurası qərar qəbul edə bilməyəcək”, – Tamar Çuqoşvili bəyan etdi.

Şərh yaz