Tako Çarkviani - Nino Burcanadze özünü lider göstərməyə çalışır, güya Qavrilova görə, Kosaçovdan üzr istəyən o deyildi
Tako Çarkviani - Nino Burcanadze özünü lider göstərməyə çalışır, güya Qavrilova görə, Kosaçovdan üzr istəyən o deyildi

Nino Burcanadze özünü lider göstərməyə çalışır, güya Qavrilova görə, Kosaçovdan üzr istəyən o deyildi, belə insanı müxalifətin təşkilatçısı olaraq, görmək istəmirəm, – bu bəyanatı “Qanun və Ədalət” partiyasının lideri Tako Çarkviani verdi.

Tako Çarkviani qeyd etdi ki, rus vektorunun daha çox hüquq istəməsi prosesi gedir.

“Kosaçovla Nino Burcanadzenin söhbətinin audio-yazısın dinləyəndə şok oldum. O Gürcüstanın müharibəyi başladığı ilə bağlı Saakaşvilinin əleyhinə ifadə verən bir şəxsdir. Qoriyi Saakaşvilinin bombaladığı haqqında bəyanatları da yadımızdadır. Onu müxalifətin təşkilatçısı olaraq, görmək istəmirəm. Siyasi meyitləri niyə diriltməyə çalışırlar ki? Bu deməkdir ki, Rusiya artıq müxalifətə də gəlib daxil olub. Bütün bu olanlardan sonra, bu qadın biraz kölgədə qalmalıdır məncə, – dedi Tako Çarkviani.

Tako Çarkvianinin dediyinə görə, Giqa Bokerianın partiyasının reytinqi də sıfırdır.

Onun dediyinə görə, nə Giqa Bokeria, nə də Nino Burcanadze xalqın etibarını qazanmayıblar.