"Svetinin" inşaatını m2 şirkəti başa çatdıracaq [Foto]
"Svetinin" inşaatını m2 şirkəti başa çatdıracaq [Foto]

“Svetinin” inşaatını m2 şirkəti başa çatdıracaq.

Bu barədə məlumatı Tbilisinin meri Kaxa Kaladze bugün keçirdiyi brifinqdə verdi.

İnşaatı başa çatdırılan binada 2500-ə qədər ailə ev alacaq.

Layihənin investisiya dəyəri 250 000 000 laridir və tamamən m2 şirkəti tərəfindən maliyyələşdirilir..

Obyektlərin inşaat istiqamətini 26 illik təcrübəsi olan BK Construction həyata keçirir.

Layihənin 3 il ərzində başa çatdırılması planlaşdırılıb.