Svanetidə, Tetnuldidə itkin düşmüş üç turisti axtarırlar
Svanetidə, Tetnuldidə itkin düşmüş üç turisti axtarırlar

Svanetidə, Tetnuldidə itkin düşmüş üç turisti axtarırlar. Gürcüstanın Birinci Kanalının məlumatına görə, Belarusdan olan turistlərin itkin düşməsi barəsində xəbərdarlıq 112-ə dünən axşam daxil oldu. Məlum olduğu kimi, hər üç turist qadındır. Onlardan ikisi 60 yaşınadək, biri isə, 36 yaşındadır.

Mövcud olan məlumata görə, turistlər qrupu Tetnuldidən düşərgəyə doğru qayıdarkən, üç turist qrupdan əvvəl getdi, bundan sonra onları görən olmayıb.

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti təsdiq edir ki, üç turistin axtarış-xilasetmə əməliyyatı həyata keçirlir.