Svanetidə, Boqrem kəndində b.e.ə VIII-VI əsrlərlə tarixlənmiş xarabalığı aşkar etdilər (foto)
Svanetidə, Boqrem kəndində b.e.ə VIII-VI əsrlərlə tarixlənmiş xarabalığı aşkar etdilər (foto)

Svanetidə, Boqrem kəndində b.e.ə VIII-VI əsrlərlə tarixlənmiş xarabalığı aşkar etdilər.

TDU-nin arxeologiya, kafedra proffesoru Zviad Kvitsianinin bəyan etdiyinə görə, hələ 1979-cu ildə başlayan qazıntıların aparıldığı yerdə, son günlər ərzində bizim eramızdan əvvəl tarixə məxsus xarabalıq aşkar edilib. O cümlədən döşəmə, ornamentli keramika.

Birinci Kanal ilə müsahibəsində arxeoloq Zviad Kvitsiani həmçinin nəql edir ki, Mestiya munisipalitetinin Boqrem kəndində, bu ərazidə keçən illərdə hesab edirdilər ki, müxtəlif artefaktlar var və ərazini məzarlıq kimi istifadə edirdilər, lakin avqustun birindən isntensiv rejimdə arxeoloji qazıntılara başlanıldı və xarabalığın mövcudluğu təsdiq olundu.

Arxeoloqun bəyan etdiyinə görə, ərazidə işlər bu vaxta qədər də intensiv şəkildə aparılır.