Sürücülük vəsiqəsi əldə etmənin yeni qaydaları

Sürücülük vəsiqəsinin alınması mürəkkəbləşir. Nəzəri hissəni keçdikdən sonra vətəndaşlar iki mərhələdən ibarət olan praktiki imtahanı verməli olacaqlar. Söhbət sürücülük qabiliyyətlərinin əvvəlcə qapalı məkanda ,daha sonra isə küçədə yoxlanılmasından gedir. Vergi da artır. Daxili İşlər Nazirliyi tərəfindən sərtləşdirilmiş qanunvericilik dəyişilikləri moped və kvadrosikl sürücülərinə də şamil olunur. Bu günədək yuxarıda adları keçən nəqliyyat vasitələrinə nəzarət edilmirdi, avqust ayından etibarən isə bəhsi keçən hər iki nəqliyyat vasitəsinin idarəsi qanunla tənzimlənəcək və yaş məhdudiyyəti də qoyulacaq. Yol təhlükəsizliyi istiqamətində çalışan qeyri-hökumət təşkilatları bildirilib ki, son zamanlarda kvadrosikl və mopedlərin qəzaya düşməsi hallarının sayı hiss olunacaq qədər artıb.