Sürücülük vəsiqələrinin yeniləşdirilməsinə görə, xidmətlər agentliyi fövqəladə rejimdə işləyir
Sürücülük vəsiqələrinin yeniləşdirilməsinə görə, xidmətlər agentliyi fövqəladə rejimdə işləyir

Daxili İşlər Nazirliyinin qərarı ilə, xidmətlər agentliyi dekabrın sonuna qədər xüsusi iş rejiminə keçir, – bu barədə bəyanatı DİN yayır.

İdarənin yaydığı məlumata görə, qeyd olunan qərar, xidmətlər agentliyinin servis mərkəzlərində, sürücülük vəsiqələri dəyişdirmək istəyən vətəndaşların sayının artmasından dolayı verildi.

Daha efektiv və daha təcili xidmətin təqdim edilməsi məqsədi ilə, xidmətlər agentliyinin iş günlərinin və saatlarının sayı artacaq. Bundan sonra, xidmətlər agentliyinin Rustavi və Tbilisi filialları hər gün saat 09:30-dan 22:00-a qədər çalışacaqlar. Bazar günləri isə, saat 10:00-dan saat 18:00-ə qədər çalışacaqlar” – deyilir DİN-in bəyanatında.

2018-ci ilin yanvarın 1-dən, 2006-cı ildə verilən sürücülük vəsiqələrinin müddəti başa çatır. Yeni ildən sürücülərə artıq plastik sürücü kartı veriləcək.