Suriyada, İdlib əyalətində hücum nəticəsində beş türk hərbçisi həlak oldu
Suriyada, İdlib əyalətində hücum nəticəsində beş türk hərbçisi həlak oldu

Suriyada, İdlib əyalətində hücum nəticəsində beş türk hərbçisi həlak oldu.

Türk mediasının ölkə Müdafiə Nazirliyinə istinad edərək yaydığı məlumata görə, Suriya hökumət qüvvələri Taptanaz rayonunda Türkiyə hərbi postuna hücum etdilər.

Xatırladaq ki, Suriya hökumət qüvvələri tərəfindən həyata keçirilən hücuma cavab olaraq, ötən həftə Ankara Suriyanın şimal-şərqinə əlavə hərbi texnika və əsgər göndərdi.