Suxuminin işğalı günü ilə bağlı inzibati binalarda dövlət bayraqları endirildi
Suxuminin işğalı günü ilə bağlı inzibati binalarda dövlət bayraqları endirildi

Suxumi işğalının 27-ci ildönümü ilə bağlı və Abxaziya müharibəsində həlak olanlarının xatirəsinə hörmət əlaməti olaraq, Gürcüstanda bütün inzibati binalarda dövlət bayraqları endirildi.

Dövlət bayraqları hökumət administrasiyası, Parlament, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və başqa inzibati binalarda endirildi. Bayraqlar həmçinin, bölgələrdə inzibati binalarda endirilib.

Suxuminin işğalından 27 il keçdi. Hərbi qarşıdurma Abxaziyada 1992-ci il, avqustun 14-də başladı. Münaqişə gürcü hökumət əsgərləri və abxaz separatçı qüvvələri arasında 13 ay 13 gün davam edirdi.