Strasburqda, Respublika Meydanında Gürcüstan bayrağı ucaldıldı (foto/video)

Strasburqda, Respublika Meydanında Gürcüstanın Avropa Şurası sədri ölkəsi kimi bayrağı ucaldıldı.

Bayrağın ucaldılması mərasimində Gürcüstan Xarici İşlər naziri, Avropa Şurası baş katibi və başqa qonaqlar iştirak edirdilər.

Avropa Şurası Məhkəməsi binasından Gürcüstan Xarici İşlər naziri və Avropa Şurası üzv ölkələrinin daimi nümayəndələri, üzərində gürcü əlifbası və Gürcüstanın sədrliyi loqosu olan tramvayla səyahət etdilər.

Mərasim çərçivəsində rəmzi lent kəsildi və Gürcüstan milli himni səsləndirildi. Gürcüstan bu gündən 2020-ci il mayın 15-ə qədər Avropa Şurası Nazirlər Komitəsinin sədr ölkəsi oldu.