Strasburq məhkəməsi Vazaqaşvilinin işi ilə bağlı dövlətə 50 min avronun ödənilməsini həvalə etdi
Strasburq məhkəməsi Vazaqaşvilinin işi ilə bağlı dövlətə 50 min avronun ödənilməsini həvalə etdi

İnsan Hüquqlarının Avropa məhkəməsi Vazaqaşvililərin işi ilə bağlı dövlətə 50 min avronun ödənilməsini həvalə etdi.

Strasburq Məhkəməsinin qərarında qeyd olunur ki, dövlət şikayət edənlərə, üç ay müddətində, qeyri-material zərərin kompensasiyası üçün 50 min avro ödəməlidir.

2006-cı ilin mayın 2-də, Tbilisidə keçirilən xüsusi əməliyyat nəticəsində, Zurab Vazaqaşvili və Aleksandre Xubulov həyatlarını itirdilər. O zamanki istintaq bəyan etdi ki, xüsusi əməliyyat zamanı ölənlər, “soyğunçular qrupunun üzvləri idilər” və bu ictimaiyyətin etirazına səbəb oldu.

Vazaqaşvilinin ailəsi Strasburq Məhkəməsinə şikayət etdi. Strasburq məhkəməsi həmin şikayəti 2007-ci ilin sonunda qəbul etdi.

2015-ci ilin əvvəlində, Zurab Vazaqaşvilinin atası Yuri Vazaqaşviliyi oğlunun məzarında partlatdılar.

Həmin faktla bağlı, polis əməkdaşı Gia Sosanaşvili həbs edildi.