Statistika Departamenti - Ölkədə Ali Məktəblərin sayı azalıb
Statistika Departamenti - Ölkədə Ali Məktəblərin sayı azalıb

2018-2019-cu tədris illərinin göstəricilərinə əsasən, Gürcüstanda 63 ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Onlardan 19 dövlət, 44-ü isə, özəldir.

Keçən ilin analoji dövrü ilə müqayisədə ali məktəblərin sayı 12 ilə azaldı.

Bu haqda məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayır.

Ali məktəblərin əksəriyyəti (62%) Tbilisidədir.

Təhsil Keyfiyyətinin İnkişafı İdarəsinin Milli Mərkəzinin məlumatına görə, ali məktəblərin sayının azalması, ali təhsil müəssisələrinin avtorizasiya prosesi ilə bağlıdır.

Müəyyən ali məktəblər sadəcə olaraq, avtorizasiya prosesini keçib, ali təhsil müəssisəsi statusunu qoruya bilmədilər.