Şri-Lankada artıq yeddinci partlayış baş verdi
Şri-Lankada artıq yeddinci partlayış baş verdi

Yerli medianın məlumatına görə, Şri-Lankada az öncə yeddinci partlayış baş verdi. Partlayış səsi Kolombo şəhəri rayonunun birində eşidildi. Partlayışın səbəbi hələlik məlum deyil.

Partlayış nəticəsində həlak olanların sayı 160-a çatdı. 360-dan artıq insan xəsarət alıb. Onların bir hissəsini xəstəxanaya çatdırdılar.

Baş verənlərə görə, ölkədə təhlükəsizlik tədbirlərini gücləndirdilər.

Partlayış üç kilsədə və üç mehmanxanada baş verdi.