Sozar Subari - xuliqanlıq və polis işçisinə hücum heç bir ölkədə, o cümlədən Gürcüstanda müdafiə olunmayıbdır
Sozar Subari - xuliqanlıq və polis işçisinə hücum heç bir ölkədə, o cümlədən Gürcüstanda müdafiə olunmayıbdır

Söz və ifadə azadlığı müdafiə olunubdur, xuliqanlıq və polis işçisinə hücum heç bir ölkədə, o cümlədən Gürcüstanda müdafiə olunmayıbdır, –  bu barədə Parlamentin Özünüidarəetmə Komitəsinin sədri, Sozar Subari bəyan etdi.

Elə onun dediyinə görə, Cinayət Məcəlləsinə dəyişikliklər Avropa ölkələrinin tam əksəriyyəti ilə müqayisədə yüngüldür.

“Polis işçinin başına vurmaq xuliqanlıq deyil, bu cinayətdir və buna başqa qanun aiddir. İnzibati olan cinayətə cərimələr aiddir və cərimə elə olmalıdır ki, insan qanunu pozmaq istəməsin. Qanun ali olmalıdır. Yeni dəyişikliklər isə, nisbətən yüngüldür, nəinki Avropa ölkələrinin tan əksəriyyətində. Əvəllki hakimiyyətin şəraitində olduğundan altı dəfə yüngüldür”, – Sozar Subari bəyan etdi.