Şota Şalelaşvili Mixeil Saakaşvilinin dəyərləndirməsini antisemit adlandırır və ona qarşı hüquqi prosedurlar başlatmağa hazırlaşır
Şota Şalelaşvili Mixeil Saakaşvilinin dəyərləndirməsini antisemit adlandırır və ona qarşı hüquqi prosedurlar başlatmağa hazırlaşır

Parlament əksəriyyətinin üzvü Şota Şalelaşvili sabiq prezident Mixeil Saakaşvili tərəfindən verilən bəyanatı antisemit və rasist adlandırır və ona qarşı hüquqi prosedurlar başlatmağa hazırlaşır.

“Rustavi-2 kanalının efirində Mixeil Saakaşvili məni – “aferist və rus yahudisi” adlandırdı. Mən bu sözləri anti-semit və rasist bəyanat olaraq görürəm, mənə və hətta bütün yahudi cəmiyyətinə qarşı təhqir hesab edirəm. Müasir, sivil dünyada, belə sözlərlə nəyinki siyasətçi, adi vətəndaşlar belə danışmırlar. Saakşvilinin psixoloji vəziyyəti məni maraqlandırmır, sadəcə olaraq, mənə “aferist” dediyi üçün ona qarşı hüquqi kampaniya başladacam” – dedi Şota Şalelaşvili.

Deputatın dediyinə görə, onun hüquqşünasları müvafiq hüquqi prosedurlar üçün hazırlıq görürlər.