Şota Rexviaşvili - biz Marneulidə xəstəliyi dayandırdıq, lakin qüvvələr var ki, ölkədə vəziyyət pis olsa, buna sevinəcəklər
Şota Rexviaşvili - biz Marneulidə xəstəliyi dayandırdıq, lakin qüvvələr var ki, ölkədə vəziyyət pis olsa, buna sevinəcəklər

Kvemo Kartli qubernatoru, Şota Rexviaşvili Marneulidə yolun bağlanılmasını planlaşdırılmış siyasi aksiya adlandırdı. Onun özü də hadisə yerində idi.

“Onlar işlə maraqlanmırlar, Onların problemləri yoxdur. Bu maskaraddır, klounadadır”, – aksiyanı o, bu cür dəyərləndirdi.

Bununla yanaşı Şota Rexviaşvili qeyd etdi ki, siyasi qüvvələr insanların bu cür konsentrasiyanı etməməlidirlər ki, xəstəlik yayılmasın. O, həmçinin aksiya iştirakçılarının “Mişa, mişa” sözünə şərh verdi.

“Biz Marneulidə xəstəliyi dayandırdıq, lakin qüvvələr var ki, ölkədə vəziyyət pis olsa, nə qədər çox insan virusa yoluxsa, nə qədər çox insan virusdan həlak olsa, bir o qədər buna sevinəcəklər. Təəsüflər olsun ki, bu belədir. Mişanı gözləsinlər, bir 50 il gözləsinlər”, – Şota Rexviaşvili bəyan etdi.

Marneuli və Şulaverini birləşdirən yolu munisipalitetin bir neçə kəndinin əhalisi bu gün bağladı. Onlar sərt karantin rejiminə etiraz edirdilər. “Avropa Gürcüstanı” partiyasının nümayəndəsi, Əhməd İmamqauliyev də orada idi. Onun dediyinə görə, aksiyanın kim tərəfindən təşkil edildiyi onun üçün məlum deyil.

“Milli Hərəkatın” nümayəndəsi, Azər Süleymanov da hadisə yerində idi. Oraya Marneuli meri, Zaur Darğallı və Kvemo Kartli qubernatoru, Şota Rexviaşvili də getdilər.