Soso Pxakadze - düşünürəm, iki həftəyə nail olacağıq ki, geridə qalan məhdudiyyətlər yavaş-yavaş ləğv olunsun
Soso Pxakadze - düşünürəm, iki həftəyə nail olacağıq ki, geridə qalan məhdudiyyətlər yavaş-yavaş ləğv olunsun

Düşünürəm, iki həftəyə nail olacağıq ki, geridə qalan məhdudiyyətlər yavaş-yavaş ləğv olunsun, – bu barədə Gürcüstan Biznes Assosiasiyasının prezidenti, Soso Pxakadze baş nazir Giorgi Qaxariya və iri işlə təmin edənlər arasında keçirilən görüşdən sonra bəyan etdi.

Onun dediyinə görə, epidemioloqlar tərəfindən tədbiq olunan tələblər hərtəfli yerinə yetirilməlidir.

“Biz çox konkret məsələni irəli sürdük ki, geridə qalan məhdudiyyətlər barəsində çox tezliklə müzakirə aparaq. Yenə vəd aldım ki, epid-durumu gələn iki həftə ərzində izləyəcəklər. Koronavirusun yeni halları haqqında müəyyən parametrlər barəsində söhbət etdik. Düşünürəm, iki həftəyə nail olacağıq ki, geridə qalan məhdudiyyətlər də yavaş-yavaş ləğv olunsun. Epidemioloqlar tərəfindən tədbiq olunan tələblər hərtəfli yerinə yetirilməlidir”, – Soso Pxakadze bəyan etdi.

Gürcüstan hökuməti administrasiyasında keçirilən görüşdə müxtəlif sahədə fəaliyyət göstərən 40-a qədər iri biznesin nümayəndəsi iştirak edirdi.