Soso Pxakadze - biznes ağır vəziyyətdədir, lakin insanın həyatı daha önəmlidir
Soso Pxakadze - biznes ağır vəziyyətdədir, lakin insanın həyatı daha önəmlidir

İstənilən məhdudiyyət biznesi daha ağır vəziyyətə salacaq, lakin insanın həyatı daha önəmlidir, – bu barədə Biznes Assosiasiyasının prezidenti, Soso Pxakadze jurnalistlərə baş nazir ilə görüşün başlamasına qədər bəyan etdi.

Elə onun dediyinə görə, insanın həyatı ən prioritetlidir və buna görə, hakimiyyət qərarı epid-durumundan irəli gələrək qəbul etməlidir.

Bununla yanaşı, Pxakadzenin qeyd etdiyinə görə, biznes nümayəndələri hakimiyyəti vergi güzəştlərinin müddətinin uzadılmasına bir daha çağıracaqlar.

“Ümumiyyətlə, dilema qarşıdındayıq. Hamımız yaxşı başa düşürük ki, biznes kifayət qədər ağır vəziyyətdədir və istənilən məhdudiyyət onu daha da ağır vəziyyətə salacaq. Eyni zamanda, insanın həyatı daha önəmlidir və gələcəkdə də bu cür olacaq. Buna görə, biz düşünürük ki, hakimiyyət qərarı epid-durumundan irəli gələrək qəbul etməlidir.

Bunula yanaşı, vergilərlə bağlı fikrimi bir daha qeyd etmək istəyirəm. Bu, həddindən artıq əhmiyyətlidir və biz, bir daha müraciət edəcəyik ki, konkret sənayedən bu vergilər silinsin və ikincisi, 1 500 lariyə qədər maaşı olan insanlara verilən altı aylıq güzəşt, daha altı ay müddətinə uzadılsın. Bir daha müracət edəcəyik və düşünürəm, hakimiyyət buna razılaşacaq”, – Pxakadze bəyan etdi.

Şərh yaz