Sopo Kiladze - "İctimai Sağlamlıq Haqqında" qanunda dəyişikliklər insanın həyat və sağlamlığının müdafiəsi üçün vacib idi, müxalifət bu mövzudan spekulyasiya şəklində istifadə edir
Sopo Kiladze - "İctimai Sağlamlıq Haqqında" qanunda dəyişikliklər insanın həyat və sağlamlığının müdafiəsi üçün vacib idi, müxalifət bu mövzudan spekulyasiya şəklində istifadə edir

Parlamentin İnsan Haqqları Müdafiəsi Komitəsinin sədri, Sopo Kiladzenin bəyan etdiyinə görə, “İctimai Sağlamlıq Haqqında” qanunda dəyişikliklər, insanın həyat və sağlamlığının müdafiəsi üçün vacib idi.

Sopo Kiladzenin dəyərləndirməsinə görə, müxalifət bu mövzudan spekulyasiya şəklində istifadə edir.

“Başa düşürəm ki, müxalifət bu mövzudan spekulyasiya şəklində istifadə edir. Yalnız bu mövzudan deyil başqa mövzudan istifadə etdiyi kimi. Bu onların haqqıdır, məhkəməyə şikayət edə bilərlər, o cümlədən Ali Məhkəməyə və görək, hansı nəticə olacaq, bunu məhkəmə dəyərləndirməlidir”, – Kiladze bəyan etdi.