Sopo Kiladze - düşünürəm, məntiqidir ki, razılaşmadan sonra müxalifət Parlamentə qayıtsın
Sopo Kiladze - düşünürəm, məntiqidir ki, razılaşmadan sonra müxalifət Parlamentə qayıtsın

Parlamentin İnsan Hüquqları Komitəsinin sədri, Sopo Kiladzenin jurnalistlərə bəyan etdiyinə görə, təəssüfləndiricidir ki, müxalifət razılaşmanın əldə olunmasından sonra siyasi xalların qazamılmasına çalışır.

Deputatın dediyinə görə, Gürcüstanda siyasi məhbuslar mövcud deyil.

“Müxalifət deyərkən siyasi məhbuslar azad olunmalıdır, ölkədə siyasi məhbuslar yoxdur və necə təsəvvür edirsiniz, “Gürcü Arzusu” nə etməlidir, Ali Məhkəməyə deməlidir qərarını dəyişsin və Qiqi Uqulavanı azadlığa buraxsın? Bu absurddur. Düşünürəm, gürcü ictimaiyyəti bu spekulyasiyanı başa düşəcək. Məntiqidir ki, bu razılaşmadan sonra onlar Parlamentə qayıtsınlar”, – Sopo Kiladze bəyan etdi.

Hakim komanda və müxalifət 120/30 modeli, birpartiyalı seçki və çoxluğun komplektləşdirilməsi üçün 40 faizlik baryer üzrə razılaşdılar.

Şərh yaz