Son zamanlarda Çində olan vətəndaşlar özlərində virus simptomlarını gördükləri halda infeksiya xəstəxanasına müraciət etməlidirlər
Son zamanlarda Çində olan vətəndaşlar özlərində virus simptomlarını gördükləri halda infeksiya xəstəxanasına müraciət etməlidirlər

Gürcüstanın Səhiyyə Nazirliyində koronavirusun yayılması məsələsi ilə bağlı görüş keçirildi.

Xəstəliklər nəzarətinin milli mərkəzinin direktoru Amiran Qamkrelidzenin bəyanatına görə, ekspertlərin və sahə mütəxəssislərinin iştirak etdiyi görüşdə iki versiya müzakirə olundu.

Qamkrelidzenin dediyinə görə, onlardan biri, yaxın zamanda həyata keçirilməsi gərəkən təcili tədbirlərdir, digəri isə, uzunmüddətli planın əsas prinsipləridir.

Qamkrelidzenin məlumatına görə, təcili tədbirlərin əsas hissəsi informasiya xarakteri daşıyır.

Gürcüstan sərhədlərində gürcü, ingilis və çin dillərində banerlər yerləşdiriləcək, hansılarında yolçularda koronavirus simptomlarının olduğu halda haraya müraciət edəcəkləri haqqında məlumat veriləcək.

Qamkrelidzenin dediyinə görə, Gürcüstana koronavirusun gətiriləcəyi ehtimalı minimaldır, ancaq istisna deyil.

Son zamanlarda Çində olan vətəndaşlara isə, Amiran Qamkrelidze müəyyən simptomların bəlli olduğu halda, dərhal infeksiya xəstəxanasına müraciət etmələrini tövsiyyə edir.

Koronavirusun simptomları isə, hərhansı respirator xəstəliyinin simptomlarına bənzəyir: yüksək temperatur, baş ağrısı, zəyiflik və nəfəs çatışmamazlığı.

Yayılan son məlumata görə, koronavirus simptomları ilə Çində 17 nəfər həlak oldu.