Son məlumata görə, Rustavidə partlayış nəticəsində 12 nəfər xəsarət alıb
Son məlumata görə, Rustavidə partlayış nəticəsində 12 nəfər xəsarət alıb

Rustavidə oksigen balonunun partlayışı nəticəsində, son məlumata görə, 12 nəfər xəsarət alıb, – bu barədə jurnalistlərə Gürcüstastanın Fövqəladə Hallar İdarədsi Xidmətinin Kvemo Kartli Yanğınsöndürən-Xilasedici Xidməti rəisinin müavini, David Gelaşvili bəyan etdi.

“Qarajın sökülməsi işləri həyata keçirilirdi. Mövcud olan məlumata görə, oksigen balonunun partlayışı baş verdi. Hazırda Rustavinin iki xəstəxanasına 12 nəfər yeləşdirlib. Həlak olan yoxdur”, – David Gelaşvili bəyan etdi.

Mövcud olan məlumata görə, xəsarət alanlardan birini, azyaşlı uşağı Tbilisiyə, İyaşvili adına klinikaya aparırlar.

Rustavidə, 19-cu mikrorayonda partlayış bu gün baş verdi. Fakt üzrə istintaqa başlanıb.