Son bir gün ərzində dünyada koronavirus 183 020 insanda təsdiq olundu
Son bir gün ərzində dünyada koronavirus 183 020 insanda təsdiq olundu

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir gün ərzində dünya miqyası ilə “COVID-19” virusuna yoluxmanın rekord artımı qeydə alındı.

Son bir gün ərzində dünyada koronavirus 183 020 insanda təsdiq olundu.

Yeni halların böyük hissəsi Şimali və Cənubi Amerikada qeydə alınır.

Dünyada “COVID-19” virusuna yoluxma hallarının ümumi göstəricisi doqquz milyona yaxınlaşır. Vəfat edənlərin sayı isə, 468 mindən artıqdır.