Son 7 gündə koronavirusun aşkarlanma nisbəti 9,19 faizdir
Son 7 gündə koronavirusun aşkarlanma nisbəti 9,19 faizdir

Son 7 gündə koronavirus aşkarlanma nisbəti 9,19 faizdir. Məlumat hökumətin stopcov.ge xüsusi saytında dərc edilib.

Hazırda müsbət göstərici 8,76 faiz, son 14 gündə isə 9,06 faiz təşkil edir.

Bu gün Gürcüstanda 4534 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 3742 xəstə sağalıb, 74 nəfər vəfat edib.

Dünən, noyabrın 25-də Gürcüstanda 4331 nəfərdə koronavirus aşkarlanıb, 4804 nəfər sağalıb, 57 nəfər vəfat edib.