Son 24 saat ərzində, bütün ölkə miqyasında tətbiq olunan məhdudiyyətlərin pozulmasına dair 1391 fakt aşkarlanıb
Son 24 saat ərzində, bütün ölkə miqyasında tətbiq olunan məhdudiyyətlərin pozulmasına dair 1391 fakt aşkarlanıb

Polislər tərəfindən həyata keçirilən monitorinq nəticəsində, son 24 saat ərzində, bütün ölkə miqyasında tətbiq olunan məhdudiyyətlərin pozulmasına dair 1391 fakt aşkarlanıb.

Polis inzibati xətalar məcəlləsinə müvafiq olaraq 154 fiziki şəxsi və 1 hüquqi şəxsi cərimələyib. Cərimələnənlər arasında axşam saat 21:00-dan səhər saat 5:00-dək yerdəyişməyə  qoyulan qadağanı pozanlar da var.

Bundan əlavə maska taxma qaydasının pozulmasına görə  1127 fiziki şəxs cərimələnib, maska taxma qaydasının təkrar pozulması ilə əlaqədar isə 109 fakt aşkarlanıb.