Soçidə Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin  görüşü keçiriləcək
Soçidə Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin görüşü keçiriləcək

 

Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında danışıqlar keçiriləcək.

Rusiya mətbuatının Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, üçtərəfli görüş Rusiya liderinin təşəbbüsü ilə keçiriləcək və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs haqqında bəyanatın imzalanmasının bir illiyinə həsr olunub.

Kremlin məlumatına görə, tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində əldə edilmiş razılaşmaları müzakirə edəcək, həmçinin regionda sülh və sabitliyə töhfə verməli olan növbəti addımları müəyyən edəcəklər.

Putinin mətbuat xidmətinin məlumatına görə, həm Nikol Faşinyan, həm də İlham Əliyevlə təkbətək görüş də nəzərdə tutulub.