"SkyUp Airlines" aviaşirkəti Xarkov-Tbilisi-Xarkov istiqaməti ilə uçuşlara başlayır
"SkyUp Airlines" aviaşirkəti Xarkov-Tbilisi-Xarkov istiqaməti ilə uçuşlara başlayır

Gürcüstan aviasiya bazarına keçən il daxil olan “SkyUp Airlines” Ukrayna aviaşirkəti yeni istiqamət əlavə edir.

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin məlumata görə, Xarkov-Tbilisi-Xarkov istiqaməti ilə müntəzəm reyslər sabahdan başlayacaq və həftədə iki tezliklə olacaq.

Aviareyslər qış naviqasiya mövsümünün sonuna qədər, Boing 737 tipli hava gəmisi ilə həyata keçiriləcək.