Sxvilo qalasının yanında işğalçı rejim tərəfindən qeyri-qanuni şəkildə həbs edilən Zaza Qaxeladzenin azad olunması tələbi ilə aksiya keçirilir
Sxvilo qalasının yanında işğalçı rejim tərəfindən qeyri-qanuni şəkildə həbs edilən Zaza Qaxeladzenin azad olunması tələbi ilə aksiya keçirilir

Kvemo-Çala kəndində, Sxvilo qalasının yanında işğalçı rejim tərəfindən qeyri-qanuni şəkildə həbs edilən Zaza Qaxeladzenin azad olunması tələbi ilə aksiya keçirilir.

Vətəndaş aktivistləri etiraz əlaməti olaraq, Zaza Qaxeladzenin həbs edildiyi yerdə yığıldılar.

Aksiyada müxalifət nümayəndələri və işğal rejimi tərəfindən keçən il həbs edilib, sonra azad edilən həkim Vaja Qaprindaşvili də iştirak edirlər.

Aksiya iştirakçıları iqtidardan ciddi addım atmasını tələb edirlər və işğal altında olan Sxinvalinin qonradma məhkəməsinin qərarı ilə bağlı məsuliyyəti Rusiyanın üzərinə atırlar.